Azərbaycan Basketbol Liqasında 12-ci tura start verilib. Matc.az xəbər verir ki, açılış oyununda "AAAF Xırdalan" və "Sərhədçi" komandaları qarşılaşıblar.
 
"Sərhədçi" İdman Mərkəzində keçirilən matçda qalib əlavə vaxtda müəyyənləşib. "Sərhədçi" basketbolçuları parketdən 78:75 hesablı qələbə ilə ayrılaraq, 20 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəliblər. 19 xalı olan "AAAF Xırdalan" isə 5-cidir.
 
Ən məhsuldar basketbolçular "AAAF Xırdalan"dan Endryu Korum (21 xal, 21 ribaund), "Sərhədçi"dən isə Brendon Miller (23 xal, 7 ribaund) olublar.
 
"Sabah" - NTD, "Neftçi İK" - "Gəncə" və "Zirvə Astara" - "Olimpik Şəki" oyunları 7-8 yanvarda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest