Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova yeni təyinat alıb. Matc.az xəbər verir ki, İsmayılova qadın voleybolçular arasında çempionlar Liqasının B qrupunda keçiriləcək "Prometey DNİPRO" (Ukrayna) – "CS Volei Alba BLAJ" (Rumıniya) görüşünün supervayzeri olacaq.

CEV-in bu oyun üçün təyinatlarına əsasən, İsmayılova görüşün hakimləri macarıstanlı Peter Şabo və fransalı Kristofe Lekurun işinə qiymət verəcək.

Görüş bu gün çexiyanın Kutna Hora şəhərində keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest