CEV-in Avropa İdarə Təşkilatı Komissiyasının üzvü C qrupunun "Srvena Zvezda" (Serbiya) - "Potsdam" (Almaniya) görüşünün supervayzeri olacaq.

Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman növbəti dəfə təyinat alıb. Matc.az saytı xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) ona çempionlar Liqası matçını həvalə edib.
 
CEV-in Avropa İdarə Təşkilatı Komissiyasının üzvü C qrupunun "Srvena Zvezda" (Serbiya) – "Potsdam" (Almaniya) görüşünün supervayzeri olacaq.
 
Frişman bu gün Belqradın "Vojdovas" İdman Mərkəzində keçiriləcək matçın hakimləri makedoniyalı Sanya Simonovska və yunanıstanlı Vasileios Vasileiadisin işinə qiymət verəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest