Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tura start verilib. Matc.az saytı xəbər verir ki, bu turda "Murov" MOİK-lə qarşılaşıb.
 
Görüş birincilərin qələbəsi ilə yekunlaşıb. Hər üç setdə rəqibinə imkan verməyən "Murov" 3:0 (25:15, 25:11, 25:17) hesablı qalibiyyət əldə edib. "Murov" çempionatın I turunda isə "Neftçi"ni (3:1) üstələmişdi.
 
Qeyd edək ki, turun "Neftçi" - "Xarı bülbül" oyunu "Neftçi"nin bir neçə oyunçusunun xəstəliyə yoluxması səbəbindən təxirə salınıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest