Azərbaycan Basketbol Liqasında 13-cü turun daha bir oyunu keçirilib. Matc.az xəbər verir ki, ikinci oyun günündə "Gəncə" və NTD komandaları üz-üzə gəliblər.
 
Gərgin keçən görüşün sonunda NTD basketbolçuları 86:79 hesablı qələbə qazanıblar. Komanda 1 günlük fasilədən sonra yenidən turnir cədvəlinin ilk pilləsinə yüksəlib.
 
Ən məhsuldar basketbolçular "Gəncə"dən Ceylon Perri (28 xal, 2 ribaund, NTD-dən isə Kuinton Kempbel, 23 xal, 5 ribaund olublar.
 
Turun "Neftçi İK" - "Zirvə Astara" və "Olimpik Şəki" - "AAAF Xırdalan" matçları yanvarın 14-ü və 15-də keçiriləcək. 13-cü turun ilk oyununda isə "Sərhədçi" "Sabah"a 81:68 hesabıyla qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest