Azərbaycan Basketbol Liqasında 13-cü turun daha bir oyunu keçirilib. Matc.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Neftçi İK" ilə "Zirvə Astara" komandaları üz-üzə gəliblər.
 
Oyunun birinci dövrəsində hesabda geri düşməsinə baxmayaraq, sonradan geri dönüş edən paytaxt klubu oyundan 102:82 hesablı qələbə ilə ayrılıb. Ən məhsuldar basketbolçular "Neftçi"dən Davit Lomidze (26 xal, 8 asist), "Zirvə Astara"dan isə Cerret Henderson (33 xal, 10 ribaund) olublar.
 
Turun son oyunu yanvarın 15-də "Olimpik Şəki" ilə "AAAF Xırdalan"  arasında olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest