"Mənim üçün nəticə önəmli deyil". Matc.az xəbər verir ki, bunu "Neftçi" klubunun baş məşqçisi Laurentsiu Regekampf bildirib.

Paytaxt təmsilçisi bu gün Antalyadakı toplanış çərçivəsində "Medz Leqnisa" (Polşa) ilə qarşılaşıb. Rumıniyalı çalışdırıcı 1:2 hesabı ilə uduzduqları oyundan sonra bildirib ki, ağır məşqlərdən sonra bəzi futbolçular bu oyunda özlərini göstərə bilməyib.

"Məşq proqramına fikir versək, ağır olduğunu görərik. Gündəlik iki ağır məşqlər keçirik. Bu səbəbdən bəzi futbolçular belə oyunlarda görünmürlər. Gənc futbolçularımız var, və onları bu toplanışda yoxlamaq istəyirik. Zədəli, problemli futbolçuları bərpa etməyə çalışırıq. Məqsədimiz komandanı çempionatda ilk rəsmi oyuna hazır etməkdir.  Bəzi futbolçuların qayıdışına görə sevinirəm. Onlara komandanın ritminə düşməyə kömək etməliyik. Məsələn, Meza Kolli uzun müddətdi oynamırdı. Hazırda ağrısız oynayır və düşünürəm ki, gələcəkdə hansısa problemi olmayacaq. Stankoviç də zədəsini sağaltdıqdan sonra heyətə qayıdıb. Problemlə üzləşən futbolçularımız var. Düşünürəm ki, onlar da formaya düşəndən sonra komandamız daha yaxşı çıxış edəcək".

Regekampf Misli Premyer Liqasının XIX turunda "Sabah"a qarşı keçirəcəkləri oyun haqda da danışıb: "ümid edirəm ki, bütün oyunçular bu matça qədər hazır olar. Bu, asan olmayacaq. Məşqlər bizim üçün önəmlidir. Yoxlama oyunlarının nəticəsinin əhəmiyyəti yoxdur. Bilirəm ki, "Sabah"la oyun çətin olacaq. Mənim üçün önəmli olan təlim-məşq toplanışını zədəsiz bitirək".
 

Turan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest