Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Zülfüqarova növbəti təyinat verib. Matc.az xəbər verir ki, o, qadın voleybolçular arasında çempionlar Liqası matçını idarə edəcək.
 
Zülfüqarov Türkiyənin İstanbul şəhərində "Fənərbaxça Opet"in D qrupu çərçivəsindəki ev oyununda iş başında olacaq.
 
Yanvarın 18-də "Burhan Felek" voleybol salonunda keçiriləcək görüşdə adıçəkilən komanda Almaniya təmsilçisi "Allianz MTV Ştutqart"la üz-üzə gələcək. Matçın ikinci hakimi rumıniyalı Pol Katalin Szabo-Aleksi olacaq.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest