18 Yanvar 2023, 23:59
TOP OYUNLARI
Qısa fasilədən sonra qadın həndbolçuların Azərbaycan çempionatında mübarizəyə start verilib. Matc.az xəbər verir ki, 7-ci turun "AHF Arena"da keçirilən ilk matçında "Azəryol" U-16 komandasına göz açmağa imkan verməyib. Rəqiblər arasındakı səviyyə fərqi hesabda əksini tapıb – 51:13.
"Azərsu" – "Qarabağ" görüşündə də nominal qonaqlar inamlı qələbə qazanıblar. "Qarabağ"ın tam üstünlüyü şəraitində keçən qarşılaşma 59:12 hesabı ilə nəticələnib.
çempionatın 8-ci turunda da favoritlər inamlı qələbə ilə azarkeşlərini sevindiriblər. "Qarabağ" "Azərsu"nu 54:15, "Azəryol" U-16-nı 50:17 hesabı ilə məğlub edib.
Aktivinə 18-ci xalı yazdıran "Azəryol" çempionatın lideridir. "İdman Akademiyası" ilə "Qarabağ"ın hərəyə 12 xalı var. "Azərsu" 6 xalla 4-cüdür. U-16 hələ də xal qazana bilməyib.
Növbəti turun oyunları yanvarın 21-də olacaq.