Azərbaycan Basketbol Liqasında (ABL) 14-cü tura start verilib. Matc.az xəbər verir ki, açılış oyununda "Sabah" və "Olimpik Şəki" komandaları qarşılaşıblar.
 
"Sərhədçi" İdman Mərkəzində keçirilən görüş paytaxt klubunun 77:72 hesablı qələbəsi ilə başa çatıb.
 
Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (32 xal, 11 ribaund), "Olimpik Şəki"dən isə Larri Robinson (18 xal, 3 asist) olublar.
 
14-cü turun "Zirvə Astara" - "AAAF Xırdalan", "Sərhədçi" - "Gəncə" və "Neftçi İK" - NTD oyunları yanvarın 21-i və 22-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest