Fransa millisinin baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqası barədə geniş müsahibə verib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 50 yaşlı mütəxəssis turnirin önəmindən bəhs edib.

Müsahibə zamanı dünya çempionu Azərbaycan yığmasını da nümunə göstərib.

O, "İstənilən baş məşqçinin Farer adaları və ya Azərbaycan əvəzinə Almaniya və ya Hollandiyaya qarşı müntəzəm oynaması yaxşıdımı?", - sualını belə cavablandırıb: "Əlbəttə ki, Farer adaları və Azərbaycan heç də yaxşı variant deyil. Onlar özləri həmişə böyük komandalarla qarşılaşmaq istəyirlər. Şikayət etmək fikrim yoxdu. Millətlər Liqası prestijli turnirdi. Burda gücləri bir-birinə yaxın olan komandalar qarşılaşır. Bunun yaxşı və ya pis hal olduğunu demək bir məşqçi kimi mənim işim deyil. Təbii ki, biz də öz qrupumuzun qalibi olmaq istəyirik. Ancaq bu da həqiqətdi ki, Millətlər Liqası nə dünya, nə də Avropa çempionatı qədər vacib deyil. Bu turnir futbolçular üçün hər zaman əlavə bir hədəfdi".

Qeyd edək ki, Fransa yığması Almaniya və Hollandiya ilə birgə yer aldığı A Liqasının 1-ci qrupuna başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest