"Liverpul"un əfsanəvi futbolçusu Yan Raş ailə həyatı qurmağa hazırlaşır. Matc.az saytının "Sun" nəşrinə istinadən məlumatına görə, 57 yaşlı uelsli özündən kiçik xanımla evlənir.

Belə ki, Raş 35 yaşlı irlandiyalı model Kerroll Entoni ilə eşq həyatı yaşayır. 2013-cü ildən birlikdə olan cütlük, nəhayət ki, evlənmək qərarına gəlib. Raşın 25 il davam etmiş ilk evliliyindən 2 oğlu var.

Qeyd edək ki, Yan Raş "Liverpul"un heyətində 660 oyunda 346 qol vurub, 5 dəfə ölkə çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest