Yarışa 1/4 finaldan başlayan 50 kq çəkidə mübarizə aparan Türkan Nəsirova Türkiyə təmsilçisi Aynur Ergeyə qalib gələrək adını yarımfinala yazdırıb.
Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Matc.az saytının məlumatına görə, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə start verib.
Yarışa 1/4 finaldan başlayan 50 kq çəkidə mübarizə aparan Türkan Nəsirova Türkiyə təmsilçisi Aynur Ergeyə qalib gələrək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında ötən il dünya ikincisi olmuş Rusiya nümayəndəsi Nadejda Sokolova ilə bacarmayıb. Türkan martın 7-də bürünc medal uğrunda Bolqarıstan idmançısı Miqlena Georgiyeva Selişka ilə mübarizə aparacaq.
68 kq çəkidəki təmsilçimiz Ceyla Nağızadə isə keçirdiyi hər iki görüşdə məğlub olub.