Braziliya millisinin futbolçusu Dani Alveşin düşdüyü duruma qardaşı Nei Alveş münasibət bildirib. Matc.az xəbər verir ki, o, hazırda cinsi təcavüz iddialarına görə həbsdə olan qardaşını müdafiə edib.
 
Neinin fikrincə, ulduz futbolçuya tələ qurulub:
 
"Dani tələyə düşdü, amma təslim olmayacaq. Onun qüsursuz karyerası var idi. İndi şeytani bir tələnin qurbanıdı".
 
Qeyd edək ki, cinsi təcavüzdə ittiham edilən Dani Alveşi 12 ilə qədər həbs cəzası gözləyir.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest