Rusiyada son 30 ilin ən yaxşı məşqçiləri müəyyənləşib. Matc.az xəbər verir ki, yerli "Cempionat" nəşri azarkeşlərlə sorğu keçirib.
 
Sorğu zamanı ən çox səs toplayan Oleq Romantsev son 30 ildə Rusiyanın ən yaxşısı seçilib. O, 8 dəfə ölkə çempionluğunu, 3 dəfə isə kubokunu qazanıb. ölkənin ən yaxşı ikinci mütəxəssisi "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomindir. üçqat ölkə çempionu və kubokun altıqat qalibi respondentlərin ən çox səsini toplayan ikinci məşqçidir.
 
Onları müvafiq olaraq Valeri Qazzayev, Kurban Berdıyev və Valeri Karpin izləyiblər.
 
Qeyd edək ki, Yuri Syomin 2013-14 mövsümündə "Qəbələ"ni çalışdırıb. Komanda onun rəhbərliyi altında çempionatda 3-cü yeri tutub və ölkə kubokunda final oynayıb.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest