Milli komandanın Aç-2026-nın ilkin təsnifat mərhələsindəki oyunları ilə əlaqədar kişi həndbolçuların Azərbaycan çempionatında yaranan fasilə başa çatıb. Matc.az xəbr verir ki, yarışın 11-ci turunda "AHF Arena"nın  meydançasına əvvəlcə U-16 və RİOEUGİM komandaları  çıxıblar.
 
Gərgin mübarizə ilə yadda qalan görüş 30:26 hesabı ilə U-16-nın xeyrinə nəticələnib.
 
"Təhsil" – "Bakı" matçı da maraqlı idman mübarizəsi şəraitində keçib. İlk hissədə minimal üstünlük qazanan "Təhsil" görüşü qələbə ilə başa çatdırıb – 26:24.
 
Daha böyük maraqla gözlənilən "İdman Akademiyası" - "Dinamo" qarşılaşması gərginliyi ilə digərlərindən çox fərqlənib. Daha yüksək əzmkarlıq göstərən "İdman Akademiyası" rəqibin ciddi müqavimətinə baxmayaraq, pərəstişkarlarını növbəti qələbə ilə sevindirib - 27:25.
 
çempionatın 12-ci turunda RİOEUGİM U-16 ilə oyunda revanş almağı bacarıb - 24:19. çempionluq uğrunda yarışan "Dinamo"  "İdman Akademiyası" ilə oyunda bu istəyini reallaşdıra bilməyib. 12-ci turun oyunu "tələbələrin" 32-31 hesablı qələbəsi ilə nəticələnib. "Bakı" - "Təhsil" görüşündə isə nominal ev sahibi məğlubiyyətlə barışmalı olub - 25:34.
 
Yarış cədvəlinə 21 xalla "İdman Akademiyası" başçılıq edir. Məhsul ondan 4 xal geri qalır. İlk üçlüyü 15 xalla "Təhsil" qapayır. "Dinamo" 12 xalla 4-cüdür. RİOEUGİM və U-16-nın hərəyə 3 xalı var. Bakı 1 xalla son pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest