“Bavariya”nın Müşahidə Şurasının üzvü və fəxri prezidenti Uli Hönes 18 yaşlı yarımmüdafiəçi Lenart Karlın səsləndirdiyi iddialı fikirlərə sərt reaksiya verib. Matc.az xəbər verir ki, gənc futbolçunun komanda yoldaşı Maykl Olisedə olmayan keyfiyyətlərə malik olduğunu deməsi rəhbərliyin narazılığına səbəb olub. 
 
Məsələ ilə bağlı açıqlama verən Hönes gənc istedada sərt xəbərdarlıq edib:
 
"Onunla ciddi söhbət aparmaq niyyətindəyəm. O, superulduz olmaqdan çox uzaqdır. Gənc oyunçular təvazökar olmalıdırlar. Olise ilə müqayisə olunmaq ona heç bir xeyir gətirmir. Onların arasında hələ böyük uçurum var”.
 
Cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlərdə 9 matçda meydana çıxan Lenart Karl 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə olan 18 yaşlı oyunçunun "Transfermarkt" portalındakı bazar dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest