Futbol üzrə İsveçrə kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" də ölkə kubokunda növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Bazel"lə qarşılaşıb. 3:5 hesabıyla uduzan "Qrasshopper" kubokda mübarizəni dayandırıb.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da 53-cü dəqiqədə penaltidən dəqiq yararlanan Renat vurub. O, 61-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest