"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə keçirəcəyi ilk oyunun hakim-inspektoru və UEFA nümayəndəsi müəyyənləşib. Matc.az saytı xəbər verir ki, qitə futbol qurumu estoniyalı və irlandiyalı rəsmiləri Bakıya göndərəcək.
 
Belə ki, fevralın 16-da baş tutacaq qarşılaşmada hakimlərin işinə Estoniyadan olan hakim-inspektor Uno Tutk qiymət verəcək. Matçın UEFA nümayəndəsi irlaniyalı Rayan Pidar olacaq. Görüşün hakimləri isə hələ açıqlanmayıb.
 
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 23-də Gendə keçiriləcək.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest