İngiltərənin "Lester" futbol klubu satışa çıxarılıb.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" idman portalı məlumat yayıb.

Bildirilir ki, klub sahibləri bu sövdələşmədən 300 milyon dollar əldə etməyi planlaşdırırlar. Bununla belə, komandanın İngiltərə çempionatının üçüncü güclü divizionuna düşməsi səbəbindən yekun məbləğin təxminən 200 milyon dollar təşkil edə biləcəyi qeyd olunur.

"Citigroup" investisiya bankı investorları cəlb etmək üçün xüsusi təqdimat hazırlayıb. Alıcılara "Kinq Pauer" stadionu, "Siqrev" məşq bazası, qadın komandasının "Belvuar Drayv" bazası, torpaq sahələri, akademiya, qadın komandası və Belçikanın "Aud-Heverle Loven" klubunu daxil edən aktivlər portfeli təklif olunur.

Daşınmaz əmlak obyektlərinin ümumi dəyəri 2025-ci il vəziyyətinə görə 275 milyon dollar qiymətləndirilib.

Xatırladaq ki, "Lester" İngiltərə çempionu (2016), İngiltərə Liqa kubokunun (1964, 1997, 2000), ölkə superkubokunun (1971, 2021) və İngiltərə kubokunun (2021) qalibidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest