Futbolçumuzun komandası bu oyunda 0:3 hesabı ilə məğlub olub. "Eyndhoven" hazırda 39 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Futbol üzrə Niderland birinci divizionunda 21-ci turdan təxirə salınmış oyunlar keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Villem II" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 0:3 hesabıyla uduzub.
 
Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
 
"Eyndhoven" hazırda 39 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest