Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına start verilib. Matc.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
Təmsilçilərimizdən 64 kq çəki dərəcəsində qüvvəsini sınayan Bəxtiyar Qazıbəyov xorvatiyalı Erik Piyetranjla üz-üzə gəlib. Gərgin keçən görüş həmyerlimizin 3:2 (29:28, 30:27, 28:29, 29:28, 27:30) hesablı qələbəsi ilə yekunlaşıb. O, martın 10-da 1/8 final çərçivəsində ispaniyalı Adrian Kreusla gücünü yoxlayacaq.
B.Qazıbəyovdan fərqli, Aliyə Vəlizadənin (60 kq) debütü uğurlu alınmayıb. Fransalı Fatya Benmessahellə qarşılaşan boksçumuz məğlubiyyətə üzülüb.
Qeyd edək ki, bu gün millimizin daha 2 üzvü mübarizəyə qoşulacaq. Nicat Həsənov (69 kq) Saymonas Banislə (Litva), Amin Kuşkov (75 kq) isə Proton de la Şappel Lakelo (Belçika) ilə döyüşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest