ölkəsinin milli komandasında ən çox oyun keçirənlərin siyahısı açıqlanıb. Matç.az saytı xəbər verir ki, cədvəldə 100 və daha çox qarşılaşmaya çıxan futbolçular yer alıb.

Millətlər Liqasının dünən keçirilən görüşləri cədvəldə bəzi dəyişikliklərə səbəb olub. 474 oyunçu arasında yer alan Azərbaycan millisinin sabiq kapitanı Rəşad Sadıqovun mövqeyi toxunulmaz qalıb.

Daha 8 oyunçu ilə 244-cü yerə şərik olan 36 yaşlı müdafiəçinin hesabında 111 matç var. O, İqor Akinfeyev (Rusiya), Baha Abdel Rəhman (İordaniya), Carah Əl-Ətiqi (Küveyt), Hüseyn Əli Baba (Bəhreyn), Karlos Valderamma (Kolumbiya), Rikardo Qardner (Yamayka), Qodfrid çitalu (Zambiya) və Andrey Şevçenko (Ukrayna) ilə eyni nəticəyə malikdi.

Dünənki görüşlərdən sonra Rəşad və şəriklərinə qoşulmağa real namizəd peyda olub. Bu, İspaniya yığmasının yarımmüdafiəçisi Serxio Busketsdi. İngiltərə ilə qarşılaşma onun millidə 110-cu matçı olub. Buskets Rəşadın bir addımlığında qərarlaşıb və gələn ay həmyerlimizə çatmaq imkanı qazanıb.

Qeyd edək ki, siyahıya Misir millisində 184 matç keçirən Əhməd Həssən başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest