Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Matc.az saytının məlumatına görə, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.
Azərbaycan təmsilçilərindən yalnız Davud İbrahimov ümidləri doğruldaraq bürünc medalı boynundan asıb.
Beləliklə, Novi Sadda ilk medalı İbrahimov əldə edib.
57 kq
Təsəlliverici görüş - İslam Bazarqanov - Razvan Marian Kovats (ROU) 3:4
Təsnifat - İslam Bazarqanov - Andrey Yatsenko (UKR) 2:12
65 kq
1/8 final - Turan Bayramov - Sain Kazirik (RUS) 7:8
70 kq
Bürünc medal görüşü - Davud İbrahimov - Vasile Diakon (MDA) 6:5
Təsəlliverici görüş - Davud İbrahimov - Aleksey Boruta (UKR) 9:7
Təsnifat - Davud İbrahimov - Razambek Camalov (RUS) 1:11
79 kq
1/4 final - Rəşad Yusifli - Tariel Qaprindaşvili (GEO) 7:9
Təsnifat - Rəşad Yusifli - Mattias Şmidt (GER) 8:1
97 kq
1/4 final - Əliməhəmməd Alixmayev - Givi Matçaraşvili (GEO) 0:11