Avropa Liqasında 1/8 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, oyunların hamısı eyni gündə baş tutub.
İngiltərə təmsilçilərindən "Arsenal" Portuqaliyada "Sportinq"in qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
"Mançester Yunayted" isə evdə İspaniya "Betis"ini sınağa çəkib. "Qırmızı şeytanlar" ilk oyunda darmadağına seviniblər.
"Roma" İtaliyada İspaniya "Real Sosyedad"ı, "Yuventus" isə Almaniya "Frayburq"u ilə qarşılaşıb. Hər iki oyunda sevinən tərəf İtaliya təmsilçiləri olub.
Türkiyənin turnirdə yeganə təmsilçisi olan "Fənərbaxça" isə İspaniyada "Sevilya" ilə münasibətlərinə aydınlıq gətirib. İstanbul təmsilçisi səfərdən məğlubiyyətlə qayıdıb.
1/8 finalın cavab oyunları martın 16-da keçiriləcək.
Avropa Liqası
1/8 finalın ilk oyunları
9 mart
Union Berlin (Almaniya) - Yunion (Belçika) 3:3
Qol: Yuranoviç, 42. Knoxe, 69. Miçel, 89 – Bonifase, 28; 72. Vertessen, 58.
Bayer (Almaniya) - Ferentsvaroş (Macarıstan) 2:0
Qol: K.Demirbay, 10. Tapsoba, 86.
Sportinq (Portuqaliya) - Arsenal (İngiltərə) 2:2
Qol: İnasio, 34. Paulinyo, 55 – Saliba, 22. Morita, 62-öz qapısına.
Roma (İtaliya) - Real Sosyedad (İspaniya) 2:0
Qol: El Şaaravi, 13. Kumbulla, 87.
Sevilya (İspaniya) - Fənərbaxça (Türkiyə) 2:0
Qol: Cordan, 56. Lamela, 85.
Yuventus (İtaliya) - Frayburq (Almaniya) 1:0
Qol: Di Mariya, 53.
Mançester Yunayted (İngiltərə) - Betis (İspaniya) 4:1
Qol: Raşford, 6. Antoni, 52. B.Fernandes, 58. Veqhorst, 84 – A.Peres, 32.
Şaxtyor (Donetsk, Ukrayna) - Feyenoord (Niderland) 1:1
Qol: Rakitski, 79 – Bullaude, 88.