Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
 
Matc.az xəbər verir ki, bu ada Almaniyanın "Bayer" (Leverkuzen) klubundan Edmond Tapsoba, İngiltərə "Mançester Yunayted"indən Bruno Fernandes, İtaliya "Roma"sından Paulo Dibala və Belçikanın "Yunion" komandasından Viktor Bonifase iddia edirlər.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə yolu ilə bəlli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest