Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, "Konyaspor"un hücumçusunun zədəsi ciddi deyil.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, "Konyaspor"un hücumçusunun zədəsi ciddi deyil.
 
Super Liqanın 26-cı turunda "Qalatasaray"la (2:1) görüşdə qasıq nahiyəsindən zədələnən forvard yığmanın AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə matçlarının heyətindən çıxarılsa da, tezliklə klubunda məşqlərə başlayacaq. 
 
"Konyaspor"un həkimləri 25 yaşlı futbolçunun 27-ci turda "Umraniyespor"la keçiriləcək səfər görüşünə qədər sağalacağını və meydana çıxmağa hazır olacağını düşünür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest