AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək Avstriya yığmasına yeni futbolçu çağırılıb

AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək Avstriya yığmasına yeni futbolçu çağırılıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Zalsburq"un müdafiəçisi Andreas Ulmer heyətə cəlb olunub.
 
Baş məşqçi Ralf Ranqnik 37 yaşlı oyunçuya məcburiyyətdən dəvət göndərib. çünki komandanın bir neçə futbolçusu zədə ucbatından heyətdən çıxarılıb. Sol cinah oyunçusu bu gündən yığma ilə məşqlərə qoşulacaq.
 
Ulmer karyerası ərzində Avstriya millisində 31 oyunda iştirak etsə də, Ranqnikin rəhbərliyi altında ilk dəfə heyətdə yer alır.
 
Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu martın 24-də Linzdəki "Raiffeisen Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest