Avstriya yığmasının sabiq futbolçusu Mark Yanko AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə keçiriləcək matçları dəyərləndirib. Matc.az saytı xəbər verir ki, 40 yaşlı keçmiş hücumçu millilərini bu qarşılaşmaların favoriti adlandırıb.
 
Onun fikrincə, əsas sınaqları iyunda olacaq:
 
"Ralf Ranqnikin rəhbərliyi altında millidə yeni dövr başlayır. Azərbaycan və Estoniya ilə ilk iki oyunu necə keçirməyimiz maraqlı olacaq. çünki hər iki duelin favoriti Avstriyadı. Son bir neçə ildə daha güclü rəqiblərə qarşı asan oyunlar keçirmişik. Buna görə də bu iki matç ideal sınaqdı. Bəzi oyunçuların yoxluğunu vurğulamaq lazımdı. İyunda Belçika və İsveçlə keçiriləcək böyük oyunlara ideal heyətlə hazırlaşmaq daha vacib olacaq".
 
Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki görüş Linz şəhərindəki "Raiffeisen Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest