24 Mart 2023, 22:57
FUTBOL
2024-cü il Avropa çempionatının seçmə mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, G qrupunda baş tutan qarşılaşmalardan birini azərbaycanlı hakim idarə edib.
Belə ki, Əliyar Ağayevin əsas söz sahibi olduğu Bolqarıstan – Monteneqro görüşü meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb. Oyunda yeganə qolu 70-ci dəqiqədə Nikola Krstoviç vurub. “Ludoqorets Arena”da baş tutan qarşılaşmada həmyerlimiz 43-cü dəqiqədə qonaq komandanın müdafiəçisi, Madrid “Atletiko”sundan tanınan Stefan Saviçi sarı vərəqə ilə cəzalandırıb.
Yeri gəlmişkən, “Qarabağ”ın futbolçusu Marko Veşoviç bu oyunda 90 dəqiqə meydanda olub.