Yohannesburqda baş tutan qarşılaşmada qapılara 4 top vurulub. Siyandanın komandası 22 dəqiqəyə 2 dəfə fərqlənsə də, qələbə hesabını qoruya bilməyib.

Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunları keçirilir. Matc.az xəbər verir ki, "Turan Tovuz"un futbolçusu Xulu Siyandanın şərəfini qoruduğu  Cənubi Afrika millisi öz meydanında Liberiya ilə qarşılaşıb. 
 
Yohannesburqda baş tutan qarşılaşmada qapılara 4 top vurulub. Siyandanın komandası 22 dəqiqəyə 2 dəfə fərqlənsə də, qələbə hesabını qoruya bilməyib. 
 
Belə ki, 68-ci dəqiqədə hesab arasındakı fərqi azaldan Liberiya millisi son saniyələrdə tarazlığı bərpa etməyi bacarıb. Siyanda oyunu əvəzlənmədən keçirib. 
 
Cənubi Afrika yığması növbəti oyununu dörd gün sonra Monroviyanın qonağı olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest