Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinal mərhələsi start götürüb. Matc.az xəbər veirr ki, bu gün yarımfinalın ilk oyunları çərçivəsində "Abşeron" klubu "Murov"la, "Azərreyl" isə UNEC-lə qarşılaşıb. 
 
Günə "Abşeron" - "Murov" matçı ilə start verilib. Görüş "Murov"un 29:27 hesablı qələbəsi ilə başlayıb. İkinci setdə 25:18 hesabı ilə "Abşeron" qalib gəlsə də, Vüqar Əliyevin komandası növbəti hissələri 25:19 və 25:18 hesabları ilə öz xeyrinə başa vuraraq matçın qalibi olub - 3:1. Beləliklə, "Murov" yarımfinalın ilk oyununda qələbə qazanıb. 
 
Voleybol Mərkəzində təşkil olunan yarımfinalın  digər matçında "Azərreyl"lə UNEC üz-üzə gəlib. Bu oyun əsas mərhələni lider kimi başa vuran "Azərreyl"in üstünlüyü ilə keçib. Setlərdə 25:7, 25:14 və 25:17 hesabları ilə qalib gələn Eldar Yusubovun yetirmələri quru hesablı qələbəni rəsmiləşdiriblər.
 
Yarımfinal mərhələsi iki qələbəyə kimi, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
 
"Abşeron" - "Murov" 1:3 (27:29, 25:18, 19:25, 18:25)
"Azərreyl" - UNEC 3:0 (25:7, 25:14, 25:17)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest