30 Mart 2023, 22:09
FUTBOL
“Mançester Yunayted” ciddi itki ilə üzləşib. Matc.az saytı xəbər verir ki, hücumçu Markuş Reşford zədədən əziyyət çəkir.
25 yaşlı forvardın hətta Premyer Liqanın 29-cu turunda “Nyukasl”la oyunu buraxmaq riski böyükdü. Klubun mətbuat xidməti onun hələlik məşqlərdə iştirak etmədiyini açıqlayıb. “Qırmızı şeytanlar”ın ən sərrast oyunçusunun durumuna yaxın günlərdə aydınlıq gələcək. Reşford böyük ehtimalla aprelin 2-də “Nyukasl”la keçiriləcək matçda iştirak etməyəcək.
Qeyd edək ki, Markuş Reşford bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 25 qol vurub, 7 məhsuldar ötürmə verib.
XƏYAL