Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir. Matc.az saytı xəbər verir ki, yarışda yarımfinal mərhələsinin ilk günü Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb.

49 kq çəki dərəcəsində qüvvəsini sınayan Rüfət Hüseynov final üçün Rusiya idmançısı ilə döyüşüb. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşdığından həmyerlimiz bürünc medalla kifayətlənib. Bu, millimizin Vladiqafqazda ilk mükafatı olub.

Qeyd edək ki, yarımfinal mərhələsi bu gün başa çatacaq. 1/2 finalda boksçularımızdan Cəbrayıl Yelekov (81 kq) Aleksandr Poxrebnyakla (Ukrayna), Məhəmməd Abdullayev (+91 kq) Luka Pratlyaçiçlə (Xorvatiya) gücünü yoxlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest