Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bürünc medal qazanıb.
 
Matc.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançımız 3-cü yer uğrunda görüşdə İlia Sulamanidzeni (Gürcüstan) məğlub edib.
 
Bu, Azərbaycan cüdoçularının hazırkı mundialda ilk medalı olub.
 
Dünya çempionatına mayın 14-də yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest