16 May 2023, 18:05
DÖYÜŞ NÖVLƏRİ
Bu gün Astanada Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə güləş üzrə gənclər arasında (U-20) beynəlxalq turnirə start verilib. Matc.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 72, 82 və 97 kq-da finalçılar müəyyənləşib.
Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında memorialda iştirak edən millimizin üzvlərindən Ruslan Nurullayev (72 kq) və İsmayıl Rzayev (82 kq) finala yüksəlib. Fərid Sadıxlı (55 kq) və Məhəmməd Qasımzadə (63 kq) isə bürünc medal uğrunda güləşəcək.
Bu çəkilərdə həlledici görüşlər sabah keçiriləcək. Həmçinin sabah 60, 67, 77, 87 və 130 kq-da mübarizəyə start veriləcək.
Qeyd edək ki, ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyur.