Bu gün UEFA çempionlar Liqasının yarımfinal mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, turnirin sonuncu finalçısı İngiltərədə müəyyənləşib.

Burada yerli "Mançester Siti" İspaniya nəhəngi, çL-in sonuncu qalibi "Real"la üz-üzə gəlib.

Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1. Cavab görüşündə isə darmadağına sevinən "Mançester Siti" finala yüksəlib.

Xatırladaq ki, daha öncə "İnter" İtaliyanın digər təmsilçisi "Milan"ı iki oyunun nəticəsinə əsasən (2:0, 1:0) məğlub edərək finala yüksəlmişdi.

çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

UEFA çempionlar Liqası
Yarımfinalın cavab oyunu
17 may

"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) 4:0
Qollar: Bernardo Silva, 23; 37. Eder Militao, 76-öz qapısına. Xulian Alvares, 90+1.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Mançester. "Etihad" stadionu.
İlk oyun – 1:1.

Mançester Siti: Ederson, Kayl Uoker, Ruben Dias, Manuel Akanci, Con Stounz, Rodri, Bernardo Silva, Kevin de Bruyne, İlkay Gündoğan, Cek Qriliş, Erlinq Haland.
Real: Tibo Kurtua, Eduardo Kamavinqa, David Alaba, Eder Militao, Daniel Karvahal, Luka Modriç, Toni Kroos, Federiko Valverde, Vinisius Junior, Rodriqo, Kərim Benzema.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest