17 May 2023, 09:25
ÇEMPİONLAR LİQASI
"İnter" çempionlar Liqası (çL) tarixində "Milan"ı yarımfinalda məğlub edən üçüncü komanda olub. Matc.az xəbər verir ki, Simone İnzaqinin yetirmələri cavab matçında da rəqibini üstələyərək (1:0) finala yüksəlib.
İndiyədək çL-də yalnız iki komanda yarımfinalında "rossonyerlər"ə qalib gəlib. Bunlar iki İspaniya nəhəngi olub. 1955-56 mövsümündə "Real", 2005-06 mövsümündə "Barselona" bunu bacarıb.
Qeyd edək ki, "İnter" ilk oyunda da "Milan"ı 2:0 hesabı ilə məğlub edib.