“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü heç-heçəsini qeydə alıb. Matc.az xəbər verir ki, yubiley Misli Premyer Liqasının XI turunda “Sabah”la keçirilən səfər oyununa təsadüf edib. Görüş 2:2 hesabı ilə başa çatıb.

Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında çıxış edən komanda 737-ci matçında 200-cü heç-heçəsinə imza atıb. Bu nəticələrin 93-ü evdə, 107-si isə səfərdə qeydə alınıb.

Beləliklə, “Şamaxı” Azərbaycan çempionatları tarixində “Neftçi” və “Qarabağ”dan sonra 200 və daha çox heç-heçə edən üçüncü komandadır.

Qeyd edək ki, komanda ilk heç-heçəsini “Xəzər Universiteti” adı ilə 1999-cu il dekabrın 5-də “Turan”la ev oyununda (0:0) əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest