18 May 2023, 17:45
DÖYÜŞ NÖVLƏRİ
Astanada Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə güləş üzrə gənclər arasında (U-20) keçirilən beynəlxalq turnirə yekun vurulub.
Matc.az xəbər verir ki, memorialın son günündə güləşçilərimiz 8 medal qazanıb.
İlkin Qurbanov (60 kq) və Kənan Abdullazadə (67 kq) çempion olub. Əli Quliyevlə (87 kq) Məzaim Mərdanov (130 kq) gümüş Təvəkgül Həziyev (67 kq), Rəvan Nuriyev, Aqil Musayev (hər ikisi 77 kq) və Etibar Rzayev (87 kq) isə bürünc medal əldə edib.
Ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.