İspaniyanın Malaqa şəhərində 20-21 mayda gənclər arasında Avropa Kuboku keçiriləcək.
 
Matc.az xəbər verir ki, turnirdə 22 ölkədən 318 idmançı iştirak edəcək. Azərbaycan yarışda 6 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunacaq.
 
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.
 
İdmançılarımız 22-24 may tarixlərində Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
 
Yarışda Azərbaycan Cüdo Federasiyasının B kateqoriyalı beynəlxalq dərəcəli hakimi Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaq.
 
-60 kq
Nizami İmranov 
Nurlan Kərimli 
Əli Hacıyev
Eltun İmranov
Murad Muradlı
 
-66 kq
Samir Piriyev
İslam Rəhimov 
Aydın Rzayev 
Nicat Nağıyev 
 
-73 kq
Süleyman Əliyev
Qadir Hüseynov 
Vüsal Qələndərzadə 
 
-81 kq
ömər Rəcəbli 
Xəyyam Əliyev
 
-90 kq
Əjdər Bağırov
İsmayıl Zamanov 
 
+100 kq
Kənan Nəsibov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest