PSV klubu baş məşqçisi Rud van Nistelroyla yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Komandaya müvəqqəti olaraq Fred Rutten rəhbərlik edəcək.
 
PSV Erediviziyada sona bir tur qalmış 72 xalla ikincidir. 
 
Nistelroy 2022-ci ilin yayından rəhbərlik etdiyi PSV-ni Niderland kubokunu və superkubokunu qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest