Azərbaycanın gümüş mükafatçısı "Qarabağ" Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşacaq. Komandaların ilk oyunu iyulun 23-də Bakıda, cavab matçı isə iyulun 30-da Sofiyada baş tutacaq.
Matc.az xəbər verir ki, iyulun 20-də Avropa Liqasının III təsnifat mərhələsinin püşkatması keçiriləcək. "Qarabağ" - "ÇSKA" cütlüyü Ağdam klubunun yüksek reytinqi (42,750) sayəsində püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq.
Bolqarıstan təmsilçisi keçiləcəyi təqdirdə, təmsilçimizin növbəti mərhələdə qarşılaşa biləcəyi 13 potensial rəqibindən bəziləri artıq məlumdur. Potensial rəqiblər sırasına "Yagelloniya" (Polşa), "Makkabi" (Tel-Əviv, İsrail) - "Şerif" (Moldova) cütünün qalibi, "Hammarbyu" (İsveç) - "Anderlext" (Belçika) cütünün qalibi daxildir. Həmçinin "Pafos" (Kipr) - "Hayduk" (Xorvatiya), "Tromsö" (Norveç) - "Qradets Kralove" (Çexiya) cütlərinin qalibləri, eləcə də Çempionlar Liqasından gələcək "Şturm" (Avstriya) - "Harts" (Şotlandiya) və "Fənərbaxça" (Türkiyə) - "Qurnik" (Polşa) cütlərinin məğlub tərəfləri də potensial rəqiblər arasındadır.
Ağdam təmsilçisi pley-off mərhələsinə vəsiqə qazanacağı təqdirdə də püşkatmada səpələnmişlər sırasında olacaq. Buradakı 12 potensial rəqibdən dördü artıq müəyyənləşib. Bunlar "Sent-Trüvden" (Belçika), "Trabzonspor" (Türkiyə), OFİ (Yunanıstan) və "Lilleström" (Norveç) klublarıdır.













