"Kluba təşəkkür edirəm, hər birinizdən öyrəndiklərim oldu. Hər zaman qəlbimdə olacaqsınız"

Seneqallı müdafiəçi Abdulaye Ba "Sabah"dan ayrılıb. Matc.az xəbər verir ki, 32 yaşlı futbolçunun müddəti bitən müqaviləsi yenilənməyib.
 
Ba sosial şəbəkə hesabında "Sabah"la vidalaşıb:
 
"Sabah"la müqaviləmin müddəti başa çatıb. Bu komandada oynamaq çox özəl idi. Xüsusi təcrübə oldu. Evdəymişəm kimi, hər oyunda vacib olduğumu hiss etdirdiniz, azarkeşlər böyük dəstək verdi. Kluba təşəkkür edirəm, hər birinizdən öyrəndiklərim oldu. Hər zaman qəlbimdə olacaqsınız".
 
Müdafiəçi 2022-ci ilin iyulundan "Sabah"da çıxış edirdi. O, Premyer Liqada 2022/23 mövsümündə 22 oyunda 2 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest