15 İyun 2026, 12:30
FUTBOL
"Arsenal"ın futbolçusu Bukayo Saka karyerasını Fransada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Goals Zone" məlumat yayıb.
PSJ ingiltərəli vingerin xidmətində maraqlıdır. Paris təmsilçisi yayda Sakanı transfer etməyə çalışacaq. Fransa nəhəngi 24 yaşlı oyunçu üçün London klubuna 150 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Bukayo Saka ötən mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə keçirdiyi 49 oyunda 11 qol vurub, 9 qol ötürməsi edib.













