Mərakeş millisi dünya çempionatı tarixində unikal bir ilkə imza atıb.
Matc.az xəbər verir ki, komanda dünya çempionatları tarixində ölkə xaricində anadan olan 11 oyunçunun hamısını eyni anda meydana buraxan ilk yığma olub.
Bu tarixi hadisə 2026-cı il dünya çempionatının qrup mərhələsində keçirilən və 1:1 hesablı heç-heçə ilə başa çatan Braziliya ilə matçın 65-ci dəqiqəsində qeydə alınıb.
Həmin dəqiqədə Brahim Diaz və Azzedin Unainin yerinə Şemsdin Talbi ilə Samir El Mourabet meydana daxil olublar.
Qarşılaşmanın qalan dəqiqələrində meydanda mübarizə aparan bütün Mərakeş futbolçuları xarici ölkələrdə doğulan şəxslər olublar.
Həmin unikal heyətdə Yassin Bunu (Kanada), Noussair Mazraoui (Niderland), Issa Diop (Fransa), Shadi Riyad (İspaniya) və Achraf Hakimi (İspaniya) yer alıb.
Onlarla yanaşı Neil El Aynaoui (Fransa), Ayoub Bouhaddi (Fransa), Şemsdin Talbi (Belçika), Bilal El Hannous (Belçika), Samir El Mourabet (Fransa) və Ismael Saibari (İspaniya) də tarixin yazılmasında iştirak ediblər.













