Meydançanın istifadəyə verilməsində məqsəd Azərbaycanda fiqurlu konkisürmənin inkişafına nail olmaqdı. Orada həmçinin hokkeyin inkişafı üçün lazımi imkanlar da var.

Bakıda yeni buz meydançası istifadəyə verilib. Matc.az xəbər verir ki, meydança Gənclər və İdman Nazirliyi tərəfindən Heydər Əliyev adına İdman-Konsert Kompleksində hazırlanıb.
 
Bu gün adıçəkilən idman obyektində açılış mərasimi baş tutub. Tədbirə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, federasiya nümayəndələri, idman səfirləri və idmançılar qatılıb.
 
Meydançanın istifadəyə verilməsində məqsəd Azərbaycanda fiqurlu konkisürmənin inkişafına nail olmaqdı. Orada həmçinin hokkeyin inkişafı üçün lazımi imkanlar da var.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest