"Final çətin keçəcək". Matc.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Laurentsiu Regekampf deyib. 
 
Sabah Azərbaycan Kubokunun final oyunu keçiriləcək. Görüşdən öncə təşkil olunan mətbuat konfransına qatılan rumıniaylı mütəxəssis bildirib ki, hər iki komanda kuboku qazanmağa motivasiyalıdır. 
 
"Rəqib çox yaxşı komandadır. Onlara hörmətlə yanaşmalıyıq. Finaladək güclü komandaları mübarizədən kənarlaşdırıblar. Qələbə üçün əlimizdən gələni edəcəyik. Buna hazırıq. ümumilikdə şanslar bərabərdir"- deyə, Regekampf  bildirib. 
 
Rumıniyalı çalıdırıcı vurğulayıb ki, komandası penalti zərbələrinə də hazırdır: "120 dəqiqəyə də, penaltilər seriyasına da hazırıq".
 
Regekampfın sözlərinə görə, hər iki komanda sabah ən yaxşı oyununu göstərməyə çalışacaq: "Biz futbolçuları yüksək səviyyədə motivasiya etməyə çalışacağıq. Sabah çox qaçmalı, klubumuzu yaxşı tərəfdən təmsil etməliyik. Hər bir oyunçu meydana daxil olanda bu klubun nə məna kəsb etdiyini bilir. Final oyununda böyük hisslər olur. Hər iki tərəf ən yaxşı oyununu göstərməyə çalışacaq. çox sevinirəm ki, finala qədər gəlib çıxmışıq. Deməli, özümüz və komandamız üçün nəyisə yaxşı iş görmüşük".
 
Baş məşqçi öz gücünə əmin olduğunu deyib: "Səviyyəmə bələdəm. İşimi də görəndə heç nədən qorxmuram. Peşəkar məşqçiyəm. Müqaviləyə qol çəkəndə, hər şeyi bilirdim. Bu riskləri düşünərək işləyə bilmərəm".

Qeyd edək ki, qarşılaşma "Bakcell Arena"da, saat 20:00-da başayacaq.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest