UEFA çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ" Cəbəllütariqin "Linkoln" klubu ilə qarşılaşıb.

Səfərdəki ilk görüşdə 2:1 hesablı qələbə qazanan komandamız bu dəfə rəqibin qapısından 4 cavabsız top keçirib. Oyuna erkən qolla başlayan "Qarabağ" fasiləyə üstün durumda yollanıb. 7-ci dəqiqədə Zubir, hissənin sonlarında Mustafazadə fərqlənib. İkinci hissədə Cica və Yankoviçin vurduğu qollarla 4:0 hesablı  qələbə qazanan təmsilçimiz növbəti mərhələyə yüksəlib.   

"Qarabağ" II raundda Polşa çempionu "Rakuv"la qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 26-da səfərdə baş tutacaq.

çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
19 iyul
 
"Qarabağ" (Azərbaycan) – "Linkoln" (Cəbəllütariq) - 4:0
Qollar: Abdullah Zubir, 7; Bəhlul Mustafazadə, 45+2; Redon Cica, 50; Marko Yankoviç, 62
Baş hakim: Eldorjan Hamiti (Albaniya)
Bakı Olimpiya Stadionu

"Qarabağ" (Azərbaycan): 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 81. Kevin Medina, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
 
"Linkoln" (Cəbəllütariq): 23. Deyl Kolinq, 6. Bernardu Lopeş (k), 24. Con Sarcent, 21. Nano, 5. İbrahim Ayu, 88. Mandi, 20. Mustafa Yahaya, 10. Liam Uoker, 66. İtan Britto, 9. Kike Qomes, 7. Li Kasyaro
Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 4. Samson Acayi, 11. Xuampe, 17. Marko Rosa, 19. Xuan Penya, 29. Roy çipolina, 31. Conatan Şortino, 33. Cumaney Börnet, 77. Kayl Klinton
Baş məşqçi: Xavi Munyos

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest