Millətlər Liqasının oktyabrda keçirilən oyunları Sloveniya millisinin baş məşqçisi Tomaj Kavçiç istefası ilə nəticələnib. Matç.az saytı xəbər verir ki, uğursuz nəticələrdən sonra federasiya çalışdırıcını vəzifəsindən kənarlaşdırıb.

C Liqasının 3-cü qrupunda sonuncu pillədə qərarlaşan sloveniyalılar 4 oyunda cəmi 1 xal qazanıb. Norveçə 0:1 hesablı məğlubiyyətin ardından Kiprlə matçdakı xal itkisi (1:1) Kavçiçin qovulmasına təkan verib.

Qeyd edək ki, Kavçiç 2017-ci ilin dekabrında bu posta təyin olunmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest